Peyvənd orucu pozarmı? - Hacı Şahindən açıqlama

  • 2021.04.07 11:38
  • 1725 Baxış
Peyvənd orucu pozarmı? -  Hacı Şahindən açıqlama
Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halında peyvənd vurdura bilərlər.

Medicina.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, peyvənd vurdurmaq orucu pozmur:

“Mən özüm də vaksinasiya prosesindən keçmişəm və peyvənd vurduran zaman oruc idim. Həkimlərlə də məsləhətləşdik, bunun hər hansısa zərəri yoxdur və şəriətə görə də oruc halında vaksin olunmaq qadağan deyil”.