Pfizerin kovidə qarşı tabletkası çıxdı

  • 2021.12.23 15:37
  • 1777 Baxış
Pfizerin kovidə qarşı tabletkası çıxdı

ABŞ-ın Ərzaq və Dərmanların Keyfiyyəti Məsələləri üzrə İdarəsi (FDA) "Pfizer" şirkətinin koronavirusa qarşı həblərinin istifadəsinə icazə verib.


Medicina.az xəbər verir ki. FDA "Paxlovid" adı verilən həblərin yüksək risk qrupundan olan böyüklər və 12 yaşdan yuxarı yeniyetmələrin müalicəsi prosesində istifadəsinə icazə verib.

Qeyd edilir ki, həblərin mümkün yan təsirləri dadbilmənin pozulması, ishal, yüksək qan təzyiqi və əzələ ağrısıdır.

Koronavirusun "omikron" ştamından əvvəl aparılan araşdırmalara görə, "Pfizer"in yeni həbləri COVID-19 nəticəsində xəstəxanaya yerləşdirmə və ya ölüm riskini 89 faiz azaldır.