Pul və arvadı itirmək kişilərdə infartka səbəb ola bilir

  • 2023.10.31 21:54
  • 1520 Baxış
Pul və arvadı itirmək kişilərdə infartka  səbəb ola bilir

Bir çox hallarda ürəkdə problemlər güclü itki və stresdən qaynaqlanır, yəni psixosomatikdir.


“Medicina” xəbər verir ki, kardioloq Anna Koreneviç infarktın psixoloji səbəbini açıqlayıb.


Biz çox zaman gözləyirik ki, infarkt daha çox fiziki faktorlardan – artıq çəki, təzyiq, siqaret, içki, zərərli vərdişlərdən qaynaqlanacaq. Amma bəzən səbəb bu olmur.


İnfarktın psixosomatikası “öz ərazisi və əmlakının itirilmə konfliktidir”. Yəni insan həyatının çox vacib hissəsinə nəzarəti itirəndə, nəsə əlindən çıxanda infarkta zəmin yaranır.

Bu konflikt orqanizmdə biokimyəvi və patofizioloji reaksiyalar zənciri yaradır.

Qadın və kişilər bu baxımdan fərqlidir. Məsələn, pul, ev və arvad itkisi kişilər üçün ən vacib özəl sahələrdir.

Kişilər iş, reputasiya və pul itirəndə daha çox infarkt olur. Qadın üçünsə bu ailə üzvünün itkisidir.
Ona görə ürək problemlərində xəstənin psixoloji travmalarını öyrənmək, ailə hekayəsini dinləmək və lazım gələrsə, psixoloqa yönəltmək lazımdır ki, bu konflikt çözülsün”.


Aygün Musayeva