Britaniyalı Vendi Robinson uzun illər siqaret çəkdikdən sonra iki dəfə xərçəng xəstəliyinə tutuldu.
Medicina.az xəbər verir ki, Robinson 12 yaşından bəri siqaret çəkdiyini bildirib.
Bəzi illərdə gündə 40-a qədər siqaret çəkirdi. Yalnız siqaret çəkən anasının xroniki obstruktiv ağciyər xəstəliyindən əziyyət çəkdiyini gördükdən sonra siqareti tərgidib.
"Onu reanimasiyada görməyə gedib 'Nəfəs ala bilmirəm' dediyini eşidəndə ürəyim parçalandı. Qızımın yatağımın yanında oturub məni belə görməsini istəmirdim və bu da məni tərgitməyə vadar etdi", - deyə o, etiraf etdi.
Lakin, siqareti tərgitdikdən yeddi il sonra Robinsona böyrək xərçəngi, daha sonra isə həkimlərin siqaret çəkmə ilə əlaqələndirdiyi ağciyər xərçəngi diaqnozu qoyuldu. Öz sağlamlığı üçün qorxan qızı Emi də siqareti tərgitdi və bir neçə ay siqaret çəkmədikdən sonra hamilə qaldı.
Aygün Musayeva