Qadınlar nikahdan öncə bu müayinələrdən keçməlidir - Səhiyyə nazirinin müavini

  • 2022.05.05 14:24
  • 2274 Baxış
Qadınlar nikahdan öncə bu müayinələrdən keçməlidir  - Səhiyyə nazirinin müavini

Səhiyyənin inkişafı başlıca olaraq ana və uşaqların sağlamlığı ilə qiymətləndirilir. Sağlam qadın və sağlam hamiləlik, eyni zamanda yenidoğulmuşun sağlam olmağı deməkdir.

Medicina.az xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini İlqar Qasımov "Hamiləlikdə genital və ekstragenital xəstəliklər" mövzusunda beynəlxalq elmi konqresində məlumat verib.

Nazir müavininin sözlərinə görə, bu məqsədlə ailə həkimləri tərəfindən yetişkənlik dövründə qız uşaqlarının sağlamlığına diqqət yetirilməli, ehtiyac yarandıqda zəruri müayinə və müalicə ilə təmin olunmalıdırlar.

“Sağlam hamiləlik təminatı üçün qadınların nigaha daxil olmazdan əvvəl müvafiq müayinələrdən keçməsi tövsiyə olunur”, - deyə bildirən İ.Qasımov əlavə edib ki, sağlam gələcəyimizi təmin etmək üçün qadınlarda ürək-damar sistemi xəsətəlikləri, şəkərli diabet, autoimmun vəziyyət, hemotoloji xəstəliklər, ortopedik patologiyaların mövcudluğu hamiləlikdən əvvəl müəyyən edilməlidir.