Qanda hemoqlobini artırmaq üçün qida menyusu

  • 2021.12.13 19:17
  • 2066 Baxış
Qanda hemoqlobini artırmaq üçün qida menyusu

Qanda hemoqlobini az olanlar, anemiya və dəmir defisiti zamanı menyuya müəyyən qidaları salmaq lazımdır.

Medicina.az xəbər verir ki, rusiyalı nutrisoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobini artırmaq üçün qidaları açıqlayıb.

“Defisit yaşayanlar menyuya qırmızı ət – mal əti, qoyun, quzu, mal qaraciyəri, subtropik ərzaqlar, vitamin C ilə zəngin qidalar – duza qoyulmuş kələm, kivi, qarağat, portağal, brokkoli daxil edilməlidir. Onlar dəmirin mənimsənilməsini təmin edir”.

Adətən hemoqlobini azalan insanlar yorğun, əzgin olur, qaraciyərində ağrı hiss edir, dırnaqları, saçları qırılır. Ağız ucunda çatlar, yaralar da dəmir azlığından xəbər verir.