Qarpızı kəsdikdən sonra belə saxlayın

  • 2026.08.11 19:53
  • 132 Baxış
Qarpızı kəsdikdən sonra belə saxlayın

Yayda çox istifadə edilən qarpız kəsildikdən sonra düzgün saxlanılmasa, sağlamlıq üçün risk yarada bilər.

Medicina.az xəbər verir ki, yarım qarpız soyuducuda 5-6 gün, doğranmış qarpız isə ən çox 2-4 gün saxlanmalıdır. İsti havada otaq temperaturunda uzun müddət qalan qarpızda bakteriyalar arta bilər.

Qarpızı kəsməzdən əvvəl qabığını yumaq, kəsildikdən sonra isə üzərini örtərək soyuducuda saxlamaq tövsiyə olunur.

Xanım,
Medicina.az