Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qızılcaya ən çox yoluxma bu rayondadır

  • 2024.01.17 15:03
  • 1165 Baxış
Qızılcaya ən çox yoluxma bu rayondadır


Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub.

Hazırda bu ərazidə aktiv xəstə sayı 70-dən çoxdur.

“Report”un məlumatına görə, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir.


Ötən ilin dekabrın birindən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir.

Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu rəqəm rayon ərazisində gündəlik yoluxma ilə bağlı qeydə alınmış ən yüksək say hesab olunur. Yoluxma sayının artımı havaların kəskin soyuması ilə əlaqədar olması bildirilir.