Qonşu ölkədə 1 gündə 60 nəfər koronadan öldü

  • 15 Sen 2021 10:32
  • 316 Baxış
Qonşu ölkədə 1 gündə 60 nəfər koronadan öldü
Gürcüstanda son sutkada daha 2 515 nəfərdə koronavirus aşkarlanıb, 2 829 nəfər müalicə olunaraq sağalıb, 60 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə indiyədək ümumilikdə 587 551 nəfər COVID-19-a yoluxub. Onların 551 780-i sağalıb, 8 347-si dünyasını dəyişib.

Hazırkı aktiv xəstə 27 398 sayı nəfər təşkil edir.