Rafael Cəbrayılov peyvənddən qəti şəkildə imtina edibmiş

  • 30 Sen 2021 16:09
  • 200 Baxış
Rafael Cəbrayılov peyvənddən qəti şəkildə imtina edibmiş

Penitensiar Xidmət sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

Penitensiar Xidmətdən bildirilib ki, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunan Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib:

“Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan Rafael Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınmışdır.

Bundan sonra Rafael Cəbrayılovdan COVID-19 infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb.

Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edən 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən Rafael Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq, sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün “Yeni Klinika” xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə tədbirlərinə baxmayaraq, R.Cəbrayılov vəfat edib”.