Autoimmun xəstəlik hesab edilən revmatizmin tam müalicəsinin olmadığı deyilir, xəstələr mütəmadi remissiya üçün müalicə almalıdır.
“Medicina” xəbər verir ki, naturopat həkim Fizuli Hüseynov bu xəstəliyin təbii müalicəsinin olduğunu bildirib.
“Bu xəstəliyin müalicəsi üçün tövsiyə etdiyimiz resept belədir. 300 qram qatırquyruğu, 300 qram gilas saplağı alırsız. 3 stəkan isti suya hərəsindən bir xörək qaşığı qatıb, qaynadılır, süzüb, gündə 3 dəfə yeməkdən əvvəl içirsiz.
İkinci məcun resepti: zəncəfil tozu 30 qr, sarıkök 100 qr, propolis – 50 qr, jenşen kökü – 40 qr, güləm 50 qr, təmiz bal 1kq yarım. Propilisi 1 sutka soyuducuda saxlayıb, bərk halda sürtgəcdən keçirilir.
Hamısını qatıb, 1 sutka saxlayıb, gündə 3 dəfə 1 çay qaşığı yeyirsiz. İlkin olaraq bunları təyin edirik”.
Aygün Musayeva