"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxılıb

  • 2020.02.18 10:55
  • 1966 Baxış
"Sədərək"dəki yanğında xəsarət alan şəxs evə buraxılıb
Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğında başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.

Medicina.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, həmin şəxsə xəstəxanada ambulator yardım göstərilib.

Xatırladaq ki, yanğından zərərçəkən 9 nəfərə yerində yardım göstərilmişdi.