Siqareti tərgitmək üçün başına qəfəs taxdı - Qeyri-adi üsul - FOTO

  • 2026.08.04 23:29
  • 117 Baxış
Siqareti tərgitmək üçün başına qəfəs taxdı -  Qeyri-adi üsul - FOTO

Türkiyədə siqareti tərgitmək istəyən kişi başına qəfəs taxmağa başlayıb.

Medicina.az xəbər verir ki, Kütahyada yaşayan İbrahim Yücel, çətinlik çəkdiyi siqareti tərgitmək üçün başına məftil qəfəs düzəltdirib.
Atasını ağciyər xərçəngindən itirdikdən sonra Yücel siqareti tərgitmək qərarına gəlib və əvvəlki cəhdləri uğursuz olduqdan sonra motosiklet dəbilqələrindən ilham alıb.

Məftil qəfəsin açarlarını həyat yoldaşına və qızına verən Yücel, evdən çıxarkən siqaret çəkməsini fiziki olaraq qeyri-mümkün etdi.

Böyük diqqət çəkən bu qeyri-adi üsul, siqareti tərgitmək əzminin simvoluna çevrildi.


Aygün
Medicina.az