Bu il 418 nəfər skuter qəzası ilə bağlı tibbi yardım alıb.
"Cari ilin ötən dövrü ərzində skuter qəzaları ilə bağlı 418 nəfər tibb müəssisəsinə müraciət edib".
"Medicina" xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.
Pasiyentlərdə daha çox qol, əl və çiyin sümüklərində sınıq və çıxıqlar, bilək və dirsək sınıqları, aşağı ətraf travmaları, eləcə də körpücük sümüyün sınıqları qeydə alınıb.
Dövlət Yol Polisi (DYP) növbəti dəfə skuter, moped və velosiped sürücülərinə yol hərəkəti qaydalarına əməl etməklə bağlı çağırış edib.