Soğan, sarımsaq, zəncəfil viruslara təsir etmir

  • 2021.12.10 16:06
  • 1791 Baxış
Soğan, sarımsaq, zəncəfil viruslara təsir etmir

“Ən effektiv tədbir vaksinasiyadır ki, bu, 200 ildən artıqdır ki, özünü sübut edib. Hər dəfə qeyd edirik ki, koronavirusa yoluxan və vaksin olunan şəxslərdə 6 aydan sonra immun sistemində yaranan antiterror azalır. Heç bir vaksin insanı yoluxmadan 100 faiz qorumur. Odur ki, buster dozanın vurulması da virusa qarşı qabaqlayıcı tədbirlərdəndir”.

Medicina.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzinin infeksionisti Fərrux Sədirov deyib .

Həkim zəncəfil, soğan, sarımsağın koronavirusdan qoruyub-qorumadığına dair sualı cavablandırıb:

“Virus xəstəliklərin böyük əksəriyyətinin müalicə metoduna bənzəyir. Lakin koronavirus infeksiyası belə 80 faiz hallarda ev şəraitində müalicə ilə sağalır. Xəstəlik yüngül keçdiyi üçün bu belədir. COVID-19 virusuna yoluxanların 20 faizi isə hospitalizasiya edilib. Belə olan halda nə soğan-sarımsaq, nə də zəncəfil kömək etmir”.