Spermatozoidin hamiləlikdə daha bir rolu kəşf edildi – Düşüklərə səbəb olur

  • 2021.05.21 14:55
  • 2295 Baxış
Spermatozoidin hamiləlikdə daha bir rolu kəşf edildi  –  Düşüklərə səbəb olur

Kişi cinsiyyət hüceyrələri nəinki yumurta hüceyrənin mayalanıb, döllənməsində rol oynayır, o həm də qadın orqanizminə hamiləliyin baş tutmasında da yardımçı olur.


Medicina.az xəbər verir ki, Avstraliya alimləri yeni elmi məqalələrində spermin daha bir təsirini sübut ediblər.


Toxum mayesində olan zülallar qadın immun sistemini tənzimləyərək, orqanizmin ona yad cismi yəni embrinu qəbul edib, düşük etməməsinə də təsir edir.

Dişi və erkək siçanlar üzərində aparılan tədqiqatda uşaqlıqda sperm genlərinin aktivliyi yoxlanılıb.
Məlum olub ki, dişi siçanların immun sistemi spermlə kontaktdan sonra sakitləşir, embriona qarşı aqressiv davranmır, dölün uşaqlıqda möhkəmlənməsinə şərait yaranır.

Laborator analizlər göstərib ki, bu proses məhz spermatozoiddən alınan siqnallar hesabına baş verir.
Beləliklə, uğurlu hamiləlik kişidən çox asılıdır.

Əgər spermatozidlər sağlam və zülalları aktivdirsə, qadın orqanizmi hamiləliyə icazə verir. Bu əmri ona kişi spermi verir.


Bəzən bu siqnal ötürülmür və döl uşaqlığa yapışmır, hamiləlik pozulur. Bu elmi araşdırma dolayısı ilə spermin keyfiyyətinin nəinki cinsi əlaqədə, eyni zamanda sonrakı gedişatda da rol oynadığını göstərib. Və baş verən düşüklərdə kişilərin də rolu sübut edilmiş oldu.