Təzyiqi günün hansı saatında ölçmək lazımdır?

  • 2024.03.07 15:37
  • 2207 Baxış
Təzyiqi günün hansı saatında ölçmək   lazımdır?

Evdə təzyiq ölçərkən yol verilən səhvlər

Evdə təzyiqi düzgün ölçmək hər xəstədə alınmır.

“Medicina” xəbər verir ki, kardioloq Andrey Kondraxin tez-tez təzyiqi ölçməyin düzgün olmadığını bildirib.


“Çox adamlar təzyiqləri barədə yanlış məlumat alır. Çünki ən böyük səhv təzyiqi müxtəlif saatlarında ölçməkdir.

Hər insanın sirkad ritmləri ayrıdır. Təzyiqi günün eyni saatında, hər gün eyni vaxtda – səhər və axşam eyni saatda ölçmək lazımdır.


Təzyiqi gəzintidən, idmandan, fiziki işdən sonra, duşdan sonra, yemək və isti çaydan sonra ölçmək olmaz.

Təzyiqi ölçməzdən əvvəl əyləşmək, sakitləşmək, dincəlmək, sonra cihazı taxmaq lazımdır.


Aldığınız cihazın pasportunu, təlimatını öyrənin, sonra istifadə edin.
Məsələn, bəzi tonometləri istifadədən əvvəl qolun altına valik qoymaq lazımdır. Manjet də qola uyğun ölçüdə seçilməli və düzgün taxılmalıdır.
Təzyiqi ölçərkən əyləşməlisiz”.

Aygün Musayeva