Tibdə ilk: postkovid sindromu təyin edən qan analizi

  • 2022.09.07 17:50
  • 515 Baxış
Tibdə ilk: postkovid sindromu təyin edən qan analizi

Avropada ilk dəfə postkovid sindromunu təyin edən qan analizi təsdiqlənib.


"Medicina" xəbər verir ki, milyonlarla insan koviddən sonra səhhətindəki problemlərdən şikayətlənir.

Artıq beynəlxalq təsnifatda Postkovid adlı sindrom xəstəliyi daxil edilib.

Avropa Birliyi tibb tarixində ilk dəfə bu sindromu təyin edəcək analizin klinik sınaqlarına icazə verib.

Bu testin köməyilə xüsusi immun hüceyrələri təyin etmək mümkün olacaq.

Bu isə həkimlərə sindromu digər xəstəliklərdən ayırd etməyə imkan verəcək.

Diaqnostik test Avropa markirovkası alıb, artıq Avropa əhalisi gələn aydan bu analizdən keçə biləcək.

Bununla milyonlarla insanın dərdinə dərman tapılacağına ümid edilir.


Aygün Musayeva