Türk vaksini 100% qoruyucudur - Professor

  • 2021.12.25 17:41
  • 1782 Baxış
Türk vaksini 100% qoruyucudur -  Professor
Koronavirusa qarşı “TÜRKOVAC” inkişaf etdirən professor Aykut Özdarendeli peyvəndlə bağlı açıqlama edib: “TURKOVAC”ı təcrübə heyvanlarında sınaqdan keçirdikdə yüzdə-yüz qoruyucu olduğunu bilirik.

Medicina.az xəbər verir ki, alim COVID-19 hadisələrinin 11 mart 2020-ci ildə görülməsindən sonra gərgin tədqiqatlara başladıqlarını və virusu təcrid etdiklərinə nail olduqlarını söyləyib.

A.Özdarendeli hazırda istifadəsinə icazə verilən “TÜRKOVAC” üzərində işlərin hələ də davam etdiyinə diqqət çəkib: "Kütləvi istehsalla bağlı prosesin təkmilləşdirilməsi davam edəcək. Faza-3 sınaqları da bir yandan davam edir..."

Peyvəndin effektivliyi və növbəti dozalarda “TÜRKOVAC”a müraciət edilib edilməyəcəyi ilə bağlı sualları cavablandıran professor qeyd edib ki, peyvəndin Omikron əleyhinə təsirli olacağına dair fikir yoxdur, lakin Delta və Alfaya variantlarına qarşı təsirini öyrənmək üçün apardığımız tədqiqatlar sayəsində “TURKOVAC”ın yüzdə-yüz qoruyucu olduğunu bilirik.