Uşaqlar nə üçün gec dil açır? - SƏBƏBLƏR

  • 2018.01.16 11:15
  • 29751 Baxış
Uşaqlar nə üçün gec dil açır? -  SƏBƏBLƏR
Körpələr ilk sözlərini ağlayaraq bildirirlər. Sonra isə bu ağlayış fərqli səslərə, hecalara və kəlmələrə, nəhayət cümlələrə çevrilir. Uşağın dil açması valideyinlər tərəfindən böyük sevinclə qarşılanır. Bəzən uşaqlarda dil açma prosessi bir qədər gecikir. Bu isə müxtəlif səbəblərlə bağlı ola bilər. 


Medicina.az moderator.az-a istinadən xəbər verir ki, Uşaqlar ilk 6 ayından səslər çıxarmağa, bir növ danışmağa çalışırlar. 12-ci ayına qədərsə artıq sadə və deyilməsi rahat olan sözlər deməyə cəhd edirlər.  18-ci aydan sonra sərbəst cümlə qurmağa başlayırlar.

Həkimlər bildirirlər ki, Əgər uşaqda baş beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır. Hətta 4-5 yaşında belə normal dil açan uşaqlar var. 


Uşaqların gec dil açmasının bir səbəbi keçirdiyi xəstəliklərlə bağlıdır. Bu halda onlar özlərinə qapanır və qavraması zəif inkişaf edir. 


Uşaqların gec danışması və ya nitqindəki qüsurların əsas səbəblərindən biri ailədə onlarla ünsiyyətin qururlmamasıdır. 

Mütəxəssislər məsləhət görür ki, balacalar danışdıqda diqqətlə dinləmək lazımdır. Çünki uşaq ona cddi yanaşdığını görəndə danışmaq həvəsi yaranır. Bu da nitqin inkişafında müsbət təsir göstərir.