Uşaqlarda serebral iflic – Səbəbləri

  • 2023.05.22 13:56
  • 2168 Baxış
Uşaqlarda serebral iflic  – Səbəbləri
Serebral iflic, iradi hərəkətlərin və ya duruşun pozulması ilə xarakterizə olunan, prenatal malformasiya və ya doğuşdan sonra mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində baş verən qeyri-proqressiv xəstəlikdir. Sindromlar 2 yaşa qədər uşaqlarda görünür.

“Medicina” xəbər verir ki, serebral iflic (SP) qeyri-proqressiv spastik, ataksiya və ya qeyri-iradi hərəkətlərə (hiperkinez, distoniya) səbəb olan sindromlar qrupudur.

Serebral iflic sindromu körpələrin 0,1-0,2% -ində baş verir və vaxtından əvvəl doğulmuş körpələrin 15% -də görülə bilir.

Serebral iflicin xüsusi bir forması beyin inkşafının geriləməsi ilə müşahidə olunan yeni doğulmuş körpənin reflekslərinin və tonik reflekslərin azalmasında gecikmə, tendon hiperrefleksiyası və əzələ tonunda dəyişikliklərdir.

Xəstələrin təxminən 25% -i ən çox spastik pozğunluqlarla birlikdə xəstəliyin digər klinik təzahürlərinə malikdir. Atetozlu uşaqlarda adətən sensorinoral eşitmə itkisi olur.

Serebral iflicin əsas səbəbi mərkəzi sinir sisteminin zədələnməsidir. Uşağın beyninə təsir edən bütün patoloji amilləri üç qrupa bölmək olar:

Prenatal səbəblər (dölün inkişafı zamanı məruz qalma):

• vaxtından əvvəl doğuş təhlükəsi;
• infeksiyalar (rubella, toksoplazmoz, sifilis, CMV, herpes);
• ananın xroniki xəstəlikləri (şəkərli diabet, qalxanvari vəzin pozulması, ürək qüsurları);
• kəskin və xroniki intoksikasiya (siqaret çəkmək, spirtli içki qəbul etmək, zəhərli dərmanlar qəbul etmək);
• fetoplasental çatışmazlıq;
• ağır toksikoz;
• preeklampsi;
• vaxtından əvvəl doğuş;
• Qan uyğunsuzluğu

• İntranatal zərər birbaşa doğuş zamanı baş verir:

• doğuş zamanı hipoksiya;
• doğuş zədəsi;
• dar çanaq və / və ya böyük döl;
• uzun və ya sürətli doğuş;
• uzun susuz dövr;
• amniotik mayenin aspirasiyası;
• travmatik manipulyasiyalar (forseps, vakuum çıxarılması);

Postnatal həyatın ilk 2 ilində baş verir:

• doğuşdan sonra ağciyərlərin süni ventilyasiyasının aparılması;
• epilepsiya;
• neyroinfeksiyalar;
• yenidoğulmuşlarda uzun müddətli sarılıq;
• kəllə-beyin travması.

Günay Quliyeva