Uşaqlıq boynu xərçəngindən vaxtında qorun – Kolposkopiya müayinəsinə 50% ENDİRİM

  • 2019.12.12 18:02
  • 3753 Baxış
Uşaqlıq boynu xərçəngindən vaxtında qorun –  Kolposkopiya müayinəsinə 50% ENDİRİM

Qadınların bəlasına çevrilmiş uşaqlıq boynu xərçəngi demək olar ki, ilk vaxtlarda əlamətsiz keçir. Xəstəliyin əlaməti aydın bilinəndə artıq gecikmiş oluruq. Buna görə vaxtında diaqnoz qoyulub, uğurlu müalicə olunmaq üçün bütün qadınlar ildə 1 dəfə kolposkopiya müayinəsindən keçməlidilər.


Kolposkopiya müayinəsi həkimə uşaqlıq boynu və uşaqlıq yolunun dəfələrlə böyüdülmüş şəklini görməyə, həmin nahiyələrin xərçəng və xərçəngönü dəyişikliklərini aşkar etməyə imkan verir. Kolposkopiya uşaqlıq boynu eroziyası, leykoplakiya, ektopiya, uşaqlıq boynunun displaziya və xərçənginin diaqnostikasında əvəzolunmaz müayinə metodudur!


DEKABR ayı ərzində
Bioloji Təbabət Klinikasında ginekoloq Salahova Ülkər tərəfindən kolposkopiya müayinəsi 50% güzəştlə (25 AZN)
həyata keçiriləcək.

Tel: (012/050/055/070)
430 89 89