Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 10 günlük səfərdə olmuş missiyası COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün Azərbaycan hökumətinə müəyyən tövsiyyələr verib.
Bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər.
"Bu gün hökumətlə iclas keçirdik və onlara ilkin tövsiyyələrimizi verdik. Missiyanın hesabatı bir neçə həftədən sonra hazır olacaq".