Böyük Britaniyada bir kişinin üzü 3D printer vasitəsilə yenidən qurulub.
“Medicina” xəbər verir ki, 75 yaşlı britaniyalı kişinin üzü 3D printer vasitəsilə ağır xəsarətlərdən sonra yenidən qurulub.
Velosipedçi Deyv Riçards dəhşətli qəza keçirib. Sürət həddini aşan sərxoş sürücü onu vurub. Qəza nəticəsində o, bel və çanaq nahiyəsindən xəsarət alıb. Riçards həmçinin üçüncü dərəcəli yanıqlar aldığından üzünün bir tərəfində, xüsusən də gözünün, burnunun və boynunun bir hissəsində çapıqlaşmalar yaranmışdı.
O, Bristoldakıklinikada reabilitasiyadan keçdi və 3D skanlama, dizayn və çapı birləşdirən innovativ rekonstruktiv cərrahiyyə metodundan istifadə olunaraq üzü bərpa olundu.
Müalicəsinin bir hissəsi olaraq, üz cizgiləri ilə tamamilə eyni olan 3D çaplı protez aldı: üzünün forması, saç rəngi, gözləri və dərisi. Lakin infeksiya riski səbəbindən bir gözü çıxarılmalı oldu. Protezin üzərinə qan arteriyaları, damarları olan sərbəst bir qapaq tətbiq edildi və üzünün yarısını tamamilə örtdü.
"3D printerlər, xüsusiyyətlərinə görə birbaşa dəriyə tətbiq olunmasına imkan verən qabaqcıl plastik qatranlardan istifadə edir, materiallar isə uzun müddət dəri üçün təhlükəsiz qalır."
Mərkəzdəki başqa bir printer sümüyün özünə çox bənzər materiallar istehsal edə bilir və bu da daha çox "təbii" implantların yaradılmasına imkan verir.
Qeyd olunur ki, bu, Böyük Britaniyada, ən azı Milli Səhiyyə Xidməti müəssisəsində belə bir müalicənin ilk halıdır.
Sağaldıqdan sonra kişi sıxılmış çapıq toxumasını çıxarmaq üçün daha iki əməliyyat keçirib.
Qəzadan beş ay sonra Riçards qapalı məkanlarda velosiped sürməyə başlayıb. Qəzaya görə məsuliyyət daşıyan kişi üç il həbs cəzasına məhkum edilib və yeddi il müddətinə sürücülük hüququndan məhrum edilib.
Aygün Musayeva