Üzürlü səbəbdən oruc tuta bilməyənlər bayrama qədər kəffarəsini ödəməlidir - İlahiyyatçı

  • 28 Apr 2022 14:45
  • 1027 Baxış
Üzürlü səbəbdən oruc tuta bilməyənlər bayrama qədər kəffarəsini ödəməlidir  - İlahiyyatçı


“Oruc tuta bilməyən şəxslər 30 günün yeməyini hesablayıb, həmin məbləği ayın sonunda sədəqə, fitrə zəkatı olaraq verməlidir”.

Bu sözləri ilahiyyatçı Turan İrfan Bakupost.az -a açıqlamasında bildirib.

“Oruc tutmaq insanın təkcə qidalardan yox, başqa pis əməllərdən, vərdişlərdən çəkinməsidir.

“Quran”da buyurulub ki, səfərdə olan, xəstəliyi olan və ahıl yaşlı insanların boynundan bu yük götürülüb.

Sağlam olan yaşlılar, əlbəttə ki, oruc tuta bilər.

Xəstəliklə bağlı İslam dinin rəyi bundan ibarətdir ki, əgər həkim şəxsin oruc tutduğu təqdirdə hansısa təhlükənin olacağı ehtimalını verərsə, həmin şəxsə oruc tutmaq nəinki olmaz, hətta haramdır. O oruc tutsa, günah etmiş olar. Həmçinin, müəyyən işlərdə çalışıb oruc tuta bilməyən insanlar var.

Onlara heç bir günah sayılmır. Dində də onlar üzrlü hesab edilir.

Amma onlar sonda kəffarə ödəməlidirlər. Oruc tuta bilməyən şəxslər 30 günün yeməyini ayın sonunda sədəqə olaraq verməlidir".

Aynur
Baku Post