Valideyn qəzəbi uşağın beynində dəyişiklik yaradır

  • 2022.09.19 15:56
  • 1417 Baxış
Valideyn qəzəbi uşağın beynində dəyişiklik yaradır

Çox ciddi tərbiyə, valideynlərin uşağa aqresiyası, tələbi, səhvə görə qəzəblənməsi və cəza tədbiri, uşaqla sərt tərbiyə davranışı uşağın beynində nəzərəçarpacaq dəyişiklik yaradır.


"Medicina" xəbər verir ki, alimlər uşaqla sərt davranışın aşağıdakı psixi pozuntular yaratmasına səbəb olur.

Fiziki, emosional zorakılıq, seksual zorakılıq, diqqətsizlik, qorxmaq.

Eləcə də uşağın fiziki sağlamlığı zərər görür.

Alimlər sübut edib ki, sərt davranış və qəzəb beyində prefrontal və mindelid hissənin sahəsini kiçildir.

Məhz beynin bu hissələri emosiyaları tənzimləyir, depressiya, nevrozla mübarizə aparır.

Alimlər tədqiqatda 2,5-9 yaş arası 94 uşağı təhlil ediblər. Onların ailələrindəki vəziyyət bir neçə il müşahidə olunub.

Hər il valideynlərin tərbiyə təcrübələri sorğulanıb və uşaqlarda təşviş simptomları ölçülüb.

Daha sonra uşaqların beyni MRT-dən keçirilib.

Alimlər müəyyən edib ki, ailədə ciddi təsir altında, daha qəddar üsullarla tərbiyə olunanların perfrontal zonada boz maddəsi getdikcə kiçilib.

Gələcəkdə bu uşaqlarda depressiya, nevroz, təşviş pozuntuları çox olur.

Aygün Musayeva