Vəziyyət 1 il əvvəlkinə qayıdıb, pandemiya zəifləməyib- ÜST direktoru

  • 2021.11.04 20:23
  • 892 Baxış
Vəziyyət 1 il əvvəlkinə qayıdıb, pandemiya zəifləməyib - ÜST direktoru

Avropa yenidən pandemiyanın əsas meydançasına çevrilməkdədir. Qitənin 53 ölkəsindəki hazırkı yoluxma sürəti ciddi narahatlıq doğurur.

Ekspertlərin hesablamalarına görə, Avropada yoluxma bu templə davam edərsə, fevralın birinədək yarım milyon insan COVID-in qurbanı ola bilər.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ölkələri üzrə direktoru Hans Kluge mətbuat konfransı zamanı bəyan edib.


O, “Delta” ştammının ortaya çıxması ilə əlaqədər köhnə qitədə vəziyyətin yenidən bir il öncəki halına qayıtdığını bildirib.

Klugenin sözlərinə görə, koronavirusun yayılması fonunda yeddi ölkənin məhdudiyyətləri yumşaltmaları narahatedici addımdır. Dövlətlərin xəstə sayının artmasına qarşı mübarizə aparmaqdansa, öncədən onun yayılmasının qarşısını almaları daha düzgün olardı.