Xaricdə tibbi təhsil alanlar diplomlarının tanınması üçün imtahan verəcəklər

  • 2022.10.31 15:37
  • 1232 Baxış
Xaricdə tibbi təhsil alanlar diplomlarının tanınması üçün  imtahan verəcəklər

Xaricdə rezidentura/ordinatura təhsili almış şəxslərin diplomunun tanınması ilə bağlı yaranan problemlərə aydınlıq gətirilib.

"Medicina" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev İstanbulda jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə xüsusi komissiya yaradılıb.

“Həmin komissiya birbaşa Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Komissiya artıq işini bitirib. Bir neçə günə sənəd qəbulu elan olunacaq. Müxtəlif ölkələrdən məzun olmuş həkim və mütəxəssislərimizin tədris planları qiymətləndirilib. Azərbaycanda qəbul olunmuş tədris standartlarına və proqramlarına uyğun olub-olmadığı müəyyənləşdirilib. Hazırlıq üçün bir aya yaxın vaxt veriləcək. Səhiyyə Nazirliyinin rəsmi saytında hər ixtisas üzrə sual toplusu dərc ediləcək və hazırlaşmağa kifayət qədər vaxt olacaq”, - nazir qeyd edib.


”İmtahanlardan keçən şəxslər həmçinin müəyyən mərhələləri də keçəcəklər. Onların detallarını indi tam açıqlamaq istəmirəm. Artıq bütün təkliflər hazırdır. Yəqin ki, bu həftə ərzində onlarla tanış olmaq mümkün olacaq”.