Ankilozlaşdırıcı spondilit - Əlilliyə gətirən xəstəliyin çarəsi bu klinikada

  • 2019.05.23 16:40
  • 9685 Baxış
Ankilozlaşdırıcı spondilit -  Əlilliyə gətirən xəstəliyin çarəsi bu klinikada
Ankilozlaşdırıcı spondilit (Bexterev xəstəliyi) adı ilə tanınan, getdikcə ağırlaşaraq əlilliyə gətirən bu xəstəlik artıq sizi qorxutmamalıdır.

 

Medicina.az xəbər verir ki, daha çox Bexterev xəstəliyi kimi məlum olan ankilozlaşdırıcı spondilit onurğanın xroniki iltihabi xəstəliyidir. Bu xəstəlik zamanı əsasən oma-qalça, fəqərəarası və fəqərə çıxıntıları arasında olan oynaqlar, onları əhatə edən əzələ və bağlar zədələnir. Bəzi xəstələrdə ətrafların oynaqları və daxili orqanlar da prosesə cəlb olunur.

 

Хəstəliyin yaranması genetik dəyişikliklərlə əlaqələndirilir. Xroniki infeksiyalar (xüsusilə bağırsaq və sidik yolları infeksiyaları), travmalar, xroniki streslər xəstəliyin inkişafında müəyyən rol oynayır. 


Bu xəstəlik kişilərdə qadınlara nisbətən daha çox rast gəlinir.Daha çox 20-40 yaşda təsadüf olunur. Əsas simptom onurğanın zədələnməsidir. Xəstəlik tədricən başlayır və adətən özünü gecələr daha da güclənən bel ağrısı ilə büruzə verir. Bir müddətdən sonra onurğada hərəkət məhdudluğu yaranır.

 

Tədricən onurğada olan fizioloji əyriliklər hamarlaşır və onurganın döş şöbəsində patoloji əyrilik yaranır. Bu əyrilik yarandıqdan sonra artıq xəstəyə hətta məsafədən də diqanoz qoymaq olar. Bu vəziyyət Ankilozlaşdırıcı spondilit xəstəliyi üçün xarakter olan "dilənçi pozası” adlanır.

 

Diaqnostikada aşağıdakılar mühüm yer tutur:

- 3 aydan artıq davam edən və sakitlik vəziyyətində azalmayan bel ağrıları

- döş qəfəsində tənəffüs hərəkətlərinin məhdudlaşması

- onurğanın bel şöbəsində hərəkət məhdudluğu

- gözlərdə dəyişikliklər

- tipik rentgenoloji dəyişiklklər (ikitərəfli sakroileit) 


Diaqnoz anamnezə, kliniki simptomlara, MRT-yə, rentgenoqrafiya və genetik analizə əsasən qoyulur. Xəstəlik xroniki və ağırgedişli olduğundan müalicədə biotənzimləyici preparatlar və metodlar uğurla istifadə olunur.

 

Pasiyentin fərdi xüsusiyyətləri, xəstəliyin gedişi və ağırlığından asılı olaraq Bioloji Təbabətin həkimi müvafiq müalicə sxemi tərtib edir. 


Biotənzimləyici terapiya bütövlükdə orqanizmin bərpasına yönələrək, müalicədə daha yaxşı effekt alınmasına səbəb olur. İndividual müalicə sxemində biotənzimləyici, izopatik, mikrobioloji preparatlar, osteopatiya, fizioterapiya, monoterapiya yaxud kompleks şəkildə bir neçə mərhələdə istifadə edilir. 


Bioloji Təbabet Klinikası 

Tel.: (012) / (050) / (055) / (070) 430 89 89 

Ünvan: Bakı,: 3 mkr., Pişəvari 110 (Cavadxan küç 24), M.Əcəmi m.st. yaxınlığında

www.btk.az