Yaddaşı gücləndirmək üçün 5 sadə üsul

  • 2026.08.24 12:27
  • 119 Baxış
 Yaddaşı gücləndirmək üçün  5 sadə üsul

Gündəlik iş, dərs və ekran qarşısında uzun müddət qalmaq diqqəti və yaddaşı zəiflədə bilər. Neyroelm üzrə araşdırmalar isə yaddaş və öyrənməni yaxşılaşdırmaq üçün mürəkkəb üsullara ehtiyac olmadığını göstərir.

Medicina.az xəbər verir ki, mütəxəssislərin tövsiyə etdiyi 5 sadə üsul bunlardır:

20 dəqiqə fokuslanın, 5 dəqiqə fasilə verin - Fasilə zamanı ekrandan uzaq qalmaq diqqətin bərpasına kömək edə bilər.
Telefonu uzaqlaşdırın - Telefonun sadəcə göz önündə olması belə diqqəti yayındıra bilər.
Öyrəndiklərinizi ucadan danışın - Məlumatı öz sözlərinizlə izah etmək onun yadda qalmasını asanlaşdıra bilər.
40 saniyəlik zehni təkrar edin - Oxuduqdan sonra gözlərinizi yumub əsas fikirləri zehninizdə canlandırın.
Yenidən oxumaq əvəzinə özünüzü yoxlayın - Kitabı bağlayıb mövzu ilə bağlı suallara cavab vermək yaddaşın möhkəmlənməsinə daha çox kömək edə bilər.

Mütəxəssislərə görə, bu kiçik vərdişləri gündəlik həyata daxil etmək diqqətin, öyrənmə qabiliyyətinin və məlumatı xatırlamağın yaxşılaşmasına kömək edə bilər.

Xanım,
Medicina.az