Yeməkdən sonra bu simptom mədə xərçəngini göstərə bilər

  • 2026.05.06 15:58
  • 124 Baxış
Yeməkdən sonra bu simptom mədə xərçəngini    göstərə bilər


Mədə-bağırsaq xərçəngi simptomları yemək zamanı və yeməkdən sonra özünü göstərir.

Medicina.az xəbər verir ki, onkoloq Yevgeni Çeremuşkinin sözlərinə görə, mədə-bağırsaq xərçəngində simptomların görünməsi adətən şiş böyüməsi səbəbindən traktda anatomik və funksional qüsurların inkişafını göstərir. Xəstə bu simptomları yemək zamanı hiss edə bilər:

"Əgər bir insanın mədə-bağırsaq traktında tıxanma və ya qıcıqlanma varsa, yemək zamanı və ya yeməkdən sonra ağrı, gəyirmə və hıçqırıq hiss edirsə, yoxlanmalıdır.

Bundan əlavə, mədə-bağırsaq traktında bədxassəli prosesin inkişafı ilə qida qəbulu acı dadla müşayiət oluna bilər”.


Aygün Musayeva