Zob üçün hansı duz faydalıdır? - Endokrinoloq

  • 2021.12.13 17:08
  • 2359 Baxış
Zob üçün hansı duz faydalıdır?  - Endokrinoloq

Xalq arasında Zob (tiroidvəz) müalicəsinə dair səhv, amma çox yayğın olan fikirlərdən biri də mütləq yodlu duz istifadəsi ilə bağlıdır.

Medicina.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzi zoba hansı duzun faydalı olub olmaması məsələsinə aydınlıq gətirib.

" Ümumiyyətlə yodlu duz istifadə etmək və ya etməmək Tiroid xəstəliyini nə yaradar, nə də ki müalicə edər, xüsusilə autoimmun tiroiditdə.

Tiroid xəstəlikləri hormon ifrazının az və çoxluğuna görə müxtəlif olur. Yəni sırf bu yöndən düşünsək belə hər xəstəlik üçün eyni vasitə (məsələn yodlu duz və ya yod iyləmək) müalicə olaraq tətbiq edilə bilməz. Hətta bəzi tiroid xəstəliklərində yodlu duz qəbulu ümumiyyətlə qadağan edilir.

Bunları nəzərə alaraq "yodlu duz istifadə etməklə zobum sağalacaq" düşüncələrinin nə qədər səhv olduğunu anlayırıq
Bir də unutmayaq ki, sağlamlığımız üçün gündəlik duz norması 5-6 qramdır.

Yodlu və ya yodsuz , duz istifadəsində diqqətli olmaq lazımdır və həkim tövsiyyəsiylə hansı duzun qəbuluna qərar vermək lazımdır".