BölmələrRU
Xidmətlər
 

Missiyamız

MEDİCİNA.AZ - səhhətinə ciddi fikir verənlərin, həkimlər, xəstəxanalar, xəstəliklərlə ətraflı bilgilərlə tanış olmaq arzusunda olanların, düzgün müalicə olunmaq fikrinə düşənlərin, tiblə bağlı istər dünyada, istərsə də Azərbaycanda baş verən bütün xəbərlər, yeniliklər barədə anındaca məlumat almaq istəyənlərin saytıdır. Bu saytda hər kəs istədiyi məlumatı tapa biləcək.
Oxucularımıza təqdim etdiyimiz həkimlər, müalicə üsulları, reseptlər yalnız peşəkarların tövsiyyəsi ilə olacaq.
Saytın əsas missiyası cəmiyyəti məlumatlandırmaqdır. Eyni zamanda tibb sahəsində çalışanların tribunası olmaq, onları dünya təcrübəsi ilə tanış etmək də əsas məqsədlərimizdəndir.
Medicina.az səhiyyə sistemində baş verən prosesləri, hadisələri anındaca ictimailəşdiməyə çalışacaq, vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparacaq, tanınmış həkimlərdən vaxtaşırı müsahibələr təqdim edəcək, həkim məsləhətləri yayımlayacaq.
Saytın bütün sosial şəbəkələrdə səhifələri fəaliyyət göstərir.