20 yaşlı Ayşənin ölümünə səbəb olan həkimə CİNAYƏT İŞİ AÇILDI

  • 2017.12.07 12:57
  • 15912 Baxış
20 yaşlı Ayşənin ölümünə səbəb olan həkimə  CİNAYƏT İŞİ AÇILDI
Bakıda gənc qızın xəstəxanada vəfat etməsi ilə bağlı cinayət işi açılıb.

 

Medicina.az xəbər verir ki, Bakı şəhər prokurorluğundan lent.az-a bildirilib ki, noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Grand Hospital” tibb mərkəzində 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra səhhəti ağırlaşaraq koma vəziyyətinə düşüb və dekabrın 5-də vəfat edib.

 

Bununla bağlı daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Mirzəyevanın ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. Hazırda iş üzrə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müvafiq araşdırmalar davam etdirilir.