- Həkim fəsadlarını AÇIQLADI/VİDEOAbort qadının ölümü ilə nəticələnə bilər

  • 2017.11.08 11:20
  • 28809 Baxış
 - Həkim fəsadlarını AÇIQLADI/VİDEO Abort qadının ölümü ilə nəticələnə bilər
Ölkəmizdə edilən abortların sayında artım müşahidə edilir. Dünya səhiyyə təşkilatının araşdırmasına görə, abortların yalnız 12 faizi tibbi göstərişlə, 40 faizi qadınların arzusu ilə, 25 faizi həyat səviyyəsinə, 23-ü isə sosial göstəricilərə görə həyata keçirilir. 

 

Medicina.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin ikinci mama-ginekologiya şöbəsinin Turab Canbaxışov ölkəmizdə də abortların sayının artdığını deyib. Onun sözlərinə görə, qadınlar adətən iki səbəbə görə hamiləliyi sonlandırırlar. Birincisi istənilməyən hamiləlik, digəri isə döldə qüsurlar yarandığı təqdirdə edilən abortlar.


"Hamilənin sonlandırılması iki qrupa bölə bilərik. Birincisi 12-ci həftəyə qədərki qruplardır. İkincisi isə bu həftədən böyük olan hamiləlikdir. 12-ci həftədən sonra hamiləliyin sonlandırılması zamanı uşaq böyük olduğu üçün daha çox fəsadları ola bilər. Bu həftənin altındakı hamiləlik sonlandırılarsa risk çox azdır. 8-ci həftə ilə 18-ci həftəlik hamiləliyin sonlandırılması arasında çox fərq var. Bu fəsadlar sırasında qanaxmanın olmasıdır. Böyük həftəlikdə uşağın sümükləşməsi baş verdiyi üçün abort zamanı qırıntılar qala bilər. Və ya alətlər içəriyi yeridildiyi zaman hansısa infeksiya düşə bilər. Ən əsası isə uşaqlıq zədələnə bilər. Qanaxmalar hətta  ölümcül vəziyyətə gətirib çıxara bilər”,-deyə Canbaxşıyev qeyd edib.


Qanunvericiliyə görə də 12 həftədən sonra abort etmək qadağandır. Həkimin sözlərinə görə, abort zamanı çox diqqətli olmaq lazımdır. Çünki baş verə biləcək hansısa fəsada görə, qadın üçün təkrar hamiləlik risk altına düşə bilər.