Yeni doğulmuş uşaqlar niyə səpir? - FOTO

  • 2018.05.29 14:46
  • 22835 Baxış
Yeni doğulmuş uşaqlar niyə səpir? -  FOTO
Əksər yeni doğulmuş körpələrdə bir çox fərqli-fərqli səpkilərə rast gəlirik. Bu isə əksər valideynlərdə narahatlıq hissi doğurur.


Medicina.az xəbər verir ki, uzman pediatr Altay Abdullaoğlunun sözlərinə görə, bu səpkilər bir çox hallarda hətta qorxulu görünsə də, fizioloji, yəni normal haldır:


"Bunlardan biri də "Neonatal pustular melanosis" dediyimiz səpkilərdir. Bu səpkilər körpədə əsasən yanaqda, boyunun arxasında, beldə, ətraflarda, əl və ayaqlarda olur. Adətən 3 həftəsindən 3 ayına kimi görünür. Heç bir müalicə tələb etmədən öz-özünə keçib gedir”.


Əksər hallarda körpələrə antibiotik müalicəsi təyin edildiyini bildirən mütəxəssis bunun çox yanlış olduğunu da vurğulayıb.


"Nəzərə alınmalıdır ki, Pustular melanosis keçici bir haldır. Təbii ki, dəridə görünən bu dəyişikliyin Neonatal pustula melanosis və yaxud da hər hansı bir infeksion dəri problemi olduğu həkim tərəfindən aydınlaşdırılmalıdır”,-deyə Abdullaoğlu qeyd edib.

 

Şəhanə Quliyeva

 

Yeni doğulmuş uşaqlar niyə səpir? -  FOTO
Yeni doğulmuş uşaqlar niyə səpir? -  FOTO