Ağız yaraları - stomatit və xoraların - inteqrativ tibblə müalicəsi

  • 2024.05.30 15:49
  • 885 Baxış
Ağız yaraları  - stomatit və xoraların  - inteqrativ tibblə müalicəsi

Aftoz stomatit–bu diş ətində, dodaqlarda, dildə, yanaqların selikli qişasında və bəzən damaqda olan balaca ağ və ya sarı-boz rəngli xora və ya eroziyalardır. Xoradan 24-48 saat əvvəl yerli yandırıcı ağrı olur və sonra balaca xora yaranır. Ağır hallarda qızdırma və limfa düyünlərinin böyüməsi müşahidə olunur.

"Medicina" xəbər verir ki, Aftoz stomatit bir dəfə baş verə bilər və ya müxtəlif tezliklə residivləşə bilər. İmmuniteti zəifləmiş adamlarda sadə herpes virusu, gingivostomatit, oral kandidoz ilə differensiasiya aparılmalıdır.

Zədələnmələrin sayından, ölçüsündən asılı olaraq, aftoz xoralar qida qəbulu, udma və danışıq zamanı ağrı törədə bilər. Turş, duzlu, ədvalı qida qəbulu, qoz-fındıq, şokolad, sitrus meyvələri, alkoqol və qazlı içkilər ağrını artıra, vəziyyəti ağırlaşdıra bilər. Bundan başqa, ağız boşluğu qulluq vasitələrinə lauril sulfatın (detergent) əlavə edilməsi ağrı törədə bilər.

Nəhayət, kimyəvi terapiyada istifadə olunan preparatlar və qızıl duzları aftoz stomatitə səbəb ola bilər. Səbəblər tam öyrənilməmişdir, lakin genetik meyilliyin və Streptococcus sanguisa qarşı T–hüceyrələrin krossreaktivliyinin, müxtəlif virus və qida antigenlərinə qarşı (glüten daxil olmaqla) həssaslığın rolu məlumdur.


Digər səbəblərə travma, stress, hormonal disbalans, fol turşusu və dəmir defisiti, yanaşı gedən xəstəliklər, məs., AİDS, Kron xəstəliyi, xoralı kolit və Behçet xəstəliyi aiddir.
Aftlar zamanı müalicənin məqsədi- səthi zədələri aradan qaldırmaq, iltihabönü prosesləri balanslaşdırmaq və özünütənzimləməni bərpa etməkdir. Bu məqsəd üçün biotənzimləyici müalicə çox effektivdir.

Aftları, xoraları aradan qaldırmaq üçün preparatlar:
Vinceel (oral aerozol)
Göstərişlər:
• Boğazda ağrı (tonzillit, kəskin respirator xəstəliklər, zökəm)
• Faringit (əzabverici və quru öskürək)
• Disfoniya
• Ağız boşluğu selikli qişalarının iltihabı
• Ağız boşluğunda olan irinli yaralar
• Diş ətinin qanaması



İmmunmodulyasiya məqsədilə: Traumeel + Engystol

Traumeel
Engystol
Virus infeksiyaları:

• KRVİ (qrip, paraqrip,
adenovirus və s.)
• Herpes infeksiyası
• Kəskin və latent virus
infeksiyaları (HSV, CMV)
• Papilloma
• Virus hepatitləri
• Hamilələrdə virus infeksiyaları



Tonsilla compositum

(residivlərin qarşısını almaq üçün)
GÖSTƏRİŞLƏR:


- Xroniki tonzillit
- Limfadenit
- Tez-tez xəstələnən uşaqlar
- Atopik dermatit
- Residivləşən infeksiyalar
- Kortikosteroidlərin uzunmüddətli istifadəsindən
sonra hipotalamus-adrenal oxunu bərpa etmək
məqsədilə istifadə edilir



Gastricumeel
(qida borusuna yayılan zədələnmələr aradan qaldırmaq üçün)





. Hormeel
(menstruasiya zamanı kəskinləşmələr olarsa)

GÖSTƏRİŞLƏR:
• Menstrual tsiklin pozulması
• Endokrin vəzilərin
funksiyasının requlyasiyası

Selikli qişanı bərpa etmək üçün:


Mucosa compositum

• HƏZM SİSTEMİNİN XƏSTƏLİKLƏRİ: qastroezo-faqal reflüks xəstəliyi, ezofagit, qastrit, qastroenterit, duodenit, peptik xora, divertikulit, kolit, ileit, yeyunit, xolangit, bağırsaq xorası, ulserativ kolit, Kron xəstəliyi, diareya, qəbizlik, anusun çatları.

Müxtəlif mənşəli disbioz (probiotiklər üçün əlverişli mühit yaradır)

• TƏNƏFFÜS SİSTEMİNİN XƏSTƏLİKLƏRİ: traxeit, bronxit, bronxial astma, pnevmoniya

• LOR ORQANLARININ XƏSTƏLİKLƏRİ: faringit, laringit, sinusit və s.

• SİDİK-CİNSİYYƏT SİSTEMİNİN XƏSTƏLİKLƏRİ: pielit, sistit, uretrit, kolpit, endometrit, adneksit və s.

• GÖZ XƏSTƏLİKLƏRİ: konyuktivit, blefarokonyuktivit


Qeyd: Əvvəlcə pasiyentə vəziyyəti pisləşdirən qida məhsullarından və
preparatlardan uzaq olmağı tövsiyə etmək lazımdır.

Medicina.az