Aptek vitaminləri immuniteti möhkəmlətmir – Həkim

  • 2024.05.30 22:48
  • 600 Baxış
Aptek vitaminləri immuniteti möhkəmlətmir  – Həkim


Süni vitaminlər immuniteti möhkəmlətmir, xüsusi göstəriş olmadan, aptek vitamin dərmanları və iynələrini istifadə etmək olmaz.


“Medicina” xəbər verir ki, bu barədə rusiyalı həkim-aparıcı Aleksandr Myasnikov bildirib.


“İnsanlar öz sağlamlıqlarını qorumaq üçün immuniteti möhkəmlətmək istəyir.

Ona görə reklam olunan, internetdə axtardıqları vitamin preparatlarını alırlar.

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, vitaminlər immunitet üçün vacibdir, lakin sintetik vitaminlər immunitetə təsir etmir.

Vitaminləri müxtəlif, rəngarəng, balanslı qidalanmadan almaq lazımdır.
Bunun üçün gündəlik tərəvəz, toyuq, balıq, göyərti, yumurta, meyvələr, mal əti, qaraciyəri yemək lazımdır.

Özlərini normal hiss edən insanlar həkim təyinatı olmadan sintetik vitaminlər qəbul etməməlidir.

Aptek vitaminləri xəstələrə artıq ciddi simptomlar və xəstəliklər zamanı lazımdır, məsələn, hamilələr, alkoqoliklər, immun çatışmazlığı olan insanlar”.

Aygün Musayeva