Hamiləlik qadının qaraciyərinin vəziyyətindən asılıdır

  • 2024.05.01 21:18
  • 648 Baxış
Hamiləlik qadının qaraciyərinin vəziyyətindən      asılıdır



Qadında qaraciyərin işinin pozulması onun reproduktiv sağlamlığını təhlükə altına qoyur.


“Medicina” xəbər verir ki, Milan universitetinin alimləri qadınlarda döllənmə, hamiləliyin də qaraciyərin vəziyyətindən asılı olduğunu sübut edib.

Onların fikrincə, qeyri-sağlam rasion, zülal əskikliyi, karbohidrat çoxluğu qaraciyərin sıradan çıxmasına səbəb olur.

Siçanlar üzərində eksperiment göstərdi ki, qaraciyərdə estrogenin həddən artıq aktivliyi müşahidə olunur.

Heyvanları müxtəlif yemlərlə qidalandırdıqda estrogenin aktivliyi dəyişib.
Belə ki, zülal defisiti olanda estrogenlər kəskin düşüb, bu da reproduktiv tsikli pozub.

Alimlər əlavə ediblər ki, qida ilə daxil olan əlavələr, süni maddələr, konservantlar, transyağlar, alkoqol, dərmanlar, maddələr qaraciyəri zəhərləyir, bu fonda estrogen toplanır, orqanizmdə toksik forma hormonların səviyyəsi artır.


Məhz bu forma estrogen qadınlarda endometriy və süd vəzi xərçəngi əlaqədardır.


Aygün Musayeva