: Stomatoloq müştərini aldatdı, təhqir etdi - “Rədd ol, “aferistka””Bakıda özəl klinikada ŞOK

  • 16 Noy 2017 16:00
  • 25203 Baxış
: Stomatoloq müştərini aldatdı, təhqir etdi - “Rədd ol, “aferistka”” Bakıda özəl klinikada ŞOK
Bakıda yerləşən özəl klinikanın stomotoloqu müştərini aldadıb.


Medicina.az xəbər verir ki, söhbət Bioloji Təbabət Klinikasının stomotoloqu Cəfər Fərzəliyevdən gedir. Ağamirova Sevil adlı Bakı sakini Azad İstehlakçılar Birliyinə müraciət edərək, sözügedən klinikanın adıçəkilən həkimi tərəfindən aldadıldığını və təhqir edildiyini deyib.

 

Ağamirova Sevil 21 aprel 2017-ci ildə klinikaya müraciət edib. S. Ağamirovanın sözlərinə görə, ilk olaraq dişlərinin rentgeni çəkilməsi üçün 20 azn ödəyib: 

 

"Rentgen olunduqdan sonra o mənim dişimi düzəltmək üçün bir dişə görə 120 AZN pul istədi. Mənim 9 dişimi düzəltməli idi. Buna görə mən cəmi 1000  manat verməli idim. Əvvəlcədən 250 AZN həkimə pul verdim. Həmin məbləğə görə mənə qəbz vermədi. Cəfər həkim dişlərimdə müəyyən iş gördükdən sonra (yəni yonma) məndən əlavə olaraq 250 AZN pul tələb etdi. Həmin məbləği versəm də yenə qəbz verilmədi. Bu pulu məndən istirahət günü aldı. Dişim, yəni koronkalar 3 gündən sonra hazır idi. Yenə də o, məndən ödənişin qalanını istədi. Mən qalan məbləği ödəməyə hazır idim. Mən ondan təkrar 1000 manata görə qəbz istədim və bildirdim ki, müvəqqəti qoyduğu diş yaxşı oturmayıb, dişim, damağım ağrıyır”.


Çənəsində yaralar əmələ gəldiyini deyən qadın həkimə dişində də bərk ağrılar olduğunu bildirib. Daha sonra qəbzi tələb etdikdə həkim onu təhqir edib: "O mənim üstümə bağırdı və dedi: "Von otsuda aferistka, tı aferistka” (rədd ol burdan, fırıldaqçı, sən fırıldaqçısan), görərsən koronkalar başına nə oyun açacaq. Sənə elə belə lazımdır””.


Qadın bu barədə klinikanın direktoru Elxan bəyə də şikayət etdiyini, ancaq onun buna məhəl qoymadığını vurğulayıb: "Mənə dedi ki, elə bil restoranda 500 manat hesab vermisən, get ver məhkəməyə, qalan 500 manatı da səndən alaq”.


Pasiyent, səhiyyə nazirinə müraciət ediyini, cavab olaraq isə məhkəməyə müraciət etməsi ilə bağlı məsləhət aldığını bildirib.


Pasiyentin sözlərinə görə, o yenidən  başqa klinikaya müraciət edib. Stomotoloqlar ona Cəfər həkimin dişləri yanlış düzəltdiyini təsdiq edib:


"Yeni diş düzəltdirdim. Cəfər düzəldən koronkalar lazım olmadı”, - deyə pasiyent vurğulayıb.


Hazırda xanım ona dəymiş maddi zərərin geri qaytarılmasını istəyir.