"Bazarstore"da bədbəxt hadisə

  • 2017.12.13 15:11
  • 16915 Baxış
"Bazarstore"da bədbəxt hadisə
"Bazarstore" marketində 34 yaşlı qadın keçinib.


Medicina.az ölkə.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən "Bazarstore” supermarketlər şəbəkəsinə məxsus mağazada qeydə alınıb. Mağazanın işçisi, 1983-cü il təvəllüdlü Səidə Atababayeva ürək çatışmazlığından dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparılıb. 


Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə aparılıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb.