- Ən ağır pəhrizlərin də onlara gücü çatmırBizi kökəldən hormonlar...

  • 2017.09.07 16:06
  • 28986 Baxış
 - Ən ağır pəhrizlərin də onlara gücü çatmır Bizi kökəldən hormonlar...
Bu gün dünyada ən çox şikayət olunan xəstəliklərdən biri piylənmədir. Xüsusən qadınların əziyyət çəkdiyi kökəlmə və piylənmənin müxtəlif səbəbləri var. Lakin xəstəliyin səbəbi hormonal disbalansdırsa, onu sağaltmağa heç bir pəhriz kömək edə bilməz.


Medicina.az xəbər verir ki, çəkiyə nəzarət edən hormonlar endokrin vəzlər tərəfindən yaradılır.


Orqanizm tükənmiş, gücsüz, stress, həyəcanlı vəziyyətdə olduqda kortizol hormonu daha çox ifraz olunur. Kortizol isə "acgöz” hormondur, iştahı artırır. Xüsusən şəkər və şirniyyatı tələb edir. Bu hormonun aktivləşməsi ilə insulin istehsalı da artır. 


Daha bir çəki hormonu – serotonindir. Onun əsas vəzifəsi beyinə "toxluq” əmri verməkdir. Serotonin az olanda, toxluq əmri keçərli olmur, çəki də azalmır. Bu hormonun az olması enerji azlığı yaradır, fiziki aktivlik azalır, insan tənbəlləşir, iştah artır, yeməyə tələbat çoxalır. 


Qrelin – mədədə ifraz olunan daha bir çəki tənzimləyici hormondur. Onun vəzifəsi "aclıq” siqnalı ötürməkdir. Əgər qrelin həddən artıq çoxdursa, siz daim ac olacaqsınız, çox yeyəcəksiniz. Bu da kökəlməyə səbəb olacaq. Qrelin əsasən qarın və beldə piylərin toplanmasına səbəb olur. 


Qalxanabənzər vəz də maddələr mübadiləsi və çəkiyə təsir edir. Onun zəif və ya sürətli fəaliyyət göstərməsi, hipoterioz yaradır ki, bu zaman az kalori yandırılır, fiziki aktivlik nəticə vermir. Sürətlə çəki yığılır, qəbul olunmuş kalorilərin orqanizmdə, bədəndə yığılması prosesi daha sürətli gedir. Qalxanabənzər vəz problemləri olanlar həm də ciddi çəki itirmə problemi yaşaya bilər.


Odur ki, xüsusən xanımlar arıqlamaq üçün idman, masaj və pəhrizlər axtararkən, hormonlarını da yoxlatmalıdırlar.


Aygün