Türkiyəli Prof. Dr. Tevfik Özlü Avstraliyada aşkarlanan və 7 dəfə mutasiyaya uğradığı təsdiqlənən yeni "H3N2" virusu ilə bağlı ciddi xəbərdarlıqlar edib.
Medicnia.az milli.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə hazırkı qrip peyvəndləri bu yüksək yoluxucu ştamma qarşı yalnız qismən qorunma təmin edir.
Prof. Özlü bildirib ki, Avstraliyada Cənubi Yarımkürədə başlayan epidemiya zamanı virusun A tipinin H3N2 alt növü təhlil edilib və "təxminən yeddi fərqli nöqtədə mutasiyaya uğradığı" müəyyən olunub.
Mütəxəssis virusun yoluxdurma sürətinin adi qripdən daha yüksək olduğunu vurğulayıb:
"Şimal yarımkürəsində xüsusilə Yaponiya və İngiltərədəki halların böyük əksəriyyəti H3N2 ilə əlaqələndirilir. Epidemiya artıq Avropada geniş yayılıb və yaxın günlərdə Türkiyəyə də çata bilər."
Özlü qeyd edib ki, virusun ötürülmə sürətinin artması səbəbilə bəzi ölkələrdə yenidən maska və sosial izolyasiya tövsiyələrinə qayıdış müzakirə edilir.
Yeni H3N2 virusunun simptomları əksər hallarda adi mövsümi qripə bənzəyir: yüksək hərarət, burun axması, öskürək, boğazda narahatlıq/postnazal axıntı, halsızlıq və zəiflik,baş ağrısı.
MEDİCİNA.AZ