Bu ölkədə bütün qadağalar ləğv edildi - COVID-19 bitir?

  • 2022.11.03 08:50
  • 710 Baxış
Bu ölkədə bütün qadağalar ləğv edildi -  COVID-19 bitir?
Dünyanın ən sərt karantin tədbirlərinin tətbiq olunduğu Peruda 2 il yarım aradan sonra COVID-19 ilə əlaqəli bütün məhdudiyyətlər ləğv edilib.



Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, turistlər Cənubi Amerikanın bu ölkəsində yenidən sərbəst səyahət edə biləcəklər. 2020-ci ilin mart ayından qüvvədə olan fövqəladə vəziyyət fərmanının müddəti 2022-ci il noyabrın 1-də başa çatıb.


Səyahətçilər indi peyvənd sertifikatı və ya koronavirus testinin mənfi nəticəsi olmadan Peruya daxil ola bilərlər.