Bu qurğu insan yaddaşını gücləndirəcək - Yeni İXTİRA

  • 2017.12.02 10:18
  • 21938 Baxış
Bu qurğu insan yaddaşını gücləndirəcək   - Yeni İXTİRA

Alimlər insan yaddaşını 30% yaxşılaşdıran qurğu hazırlayıblar. Yeni ixtira yaddaşla problemi olan insanlara alsqeymer və demensiya xəstəliyi ilə mübarizədə kömək edəcək.




Medicina.az oxu.az-a istinadən xəbər verir ki,  Cənubi Kaliforniya Universitetinin biomühəndislik professoru Dun Sun tərəfindən yaradılmış qurğu insan yaddaşını 30% yaxşılaşdıra bilər.




Qurğunun elektrodları insanın beyninə bərkidilir.




"Biz yaddaş funksiyasının yaxşılaşması üçün neyron kod yazırıq. Əvvəllər bunu heç vaxt etməyiblər” – professor deyib.