Bu vitaminin əskikliyi intihar fikirləri yaradır ALİMLƏR

  • 2021.03.15 15:42
  • 2525 Baxış
Bu vitaminin əskikliyi intihar fikirləri yaradır  ALİMLƏR

“Günəş vitamini” kimi tanıdığımız D vitamini yağda həll olan vitamindir. Sümüklərin sağlamlığına, kalsiumun mənimsənilməsinə, beynin işləməsinə, bütün hüceyrələrin bölünüb yenilənməsinə, immunitetin çalışmasına təsir edir.
Hazırda dünyada istər gənclərdə, istər uşaqlarda kəskin D vitamini əsklikliyi yaşanır.


Normada bədəndə D vitamini 50-80 arası olmalıdır. Lakin analizlərdə nəticə 30 çıxanda belə həkimlər sevinir, çünki əksəriyyətdə bu 6-8-15 çıxır. Bu isə o deməkdir ki, orqanizmin D vitamini anbarı boşdur və hüceyrələr acdır.

Medicina.az xəbər verir ki, tədqiqatçılar D vitamini çatışmazlığı ilə depressiya, psixi problemlər və intihara meyillik arasında əlaqəni araşdırıblar.

2013-2017-ci illər arasında bir neçə min könüllünü tədqiqata cəlb edən alimlər depressiyadan əziyyət çəkən iştirakçılarda D vitamin səviyyəsini yoxlayıblar və onlarda kəskin defisit olduğunu aşkarlayıblar.
Bununla da D vitamini çox aşağı olan insanların depressiya və intihar riski qrupuna digərlərindən daha yaxın olduğu sübut olundu.

Əvvəlki 2005-ci ildəki elmi araşdırmada beynin depressiyaya cavabdeh hissələrində D vitamini reseptorlarını aşkar edib.
Bununla beynin birbaşa olaraq D vitaminindən çox asılı olduğu üzə çıxdı.

Uzun müddət açıq hava, günəşdən, təbiətdən uzaq qalan, zəif qidalanan müasir insanlarda D vitamini yüksək ola bilməz.

Ona görə də depressiya əlamətləri hiss edilən hər kəsdə bu analiz verilməli və əlavə D vitamini preparatları təyin edilməlidir.