Cərrah əməliyyat alətini qadının qarnında unutdu – Məhkəmə olacaq/ FOTO

  • 2017.11.01 17:41
  • 12768 Baxış
Cərrah əməliyyat alətini qadının qarnında unutdu – Məhkəmə olacaq/   FOTO

Michelle Diog Colins adlı qadının başına bədbəxt hadisə gəlib.

Medicina.az xəbər verir ki, ginekoloq yanına müayinəyə gedən qadın uşaqlığından müalicə alırmış. Etdirdiyi sadə əməliyyatdan sonra şiddətli qarın ağrısı, mədə bulantısı və baş dönməsi baş verib. Dəfələrlə xəstəxanaya getsə də, həkim infeksiya olduğunu söyləyərək, antibiotiklər yazıb. 11 həftə şiddətli ağrılardan əziyyət çəkən qadın tualet ehtiyacı zamanı vaginasında metal olduğunu hiss edib. Təcili xəstəxanaya çatdırılan xanım USM olunduqdan sonra dəhşət ortaya çıxıb. Belə ki, əməliyyat zamanı istifadə olunan alətin 5 sm olan uc hissəsi qadının uşaqlığında qalıb. Vücudu metal əşyaya reaksiya göstərdiyi üçün infeksiya simptomları baş verib. Qadın açıqlamasında 3 dəfə ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını və bu infeksiyadan ölə biləcəyini bildirib.

"Müasir zamanda belə hal necə baş verə bilər? O böyüklükdə alət necə içəridə unudula bilər?”, - deyə Colins qeyd edib.

Nəzərinizə çatdıraq ki, baş verən hadisədən sonra Michelle həkimi məhkəməyə verib.