Daimi yorğunluq, panik atak, həyatdan küskünlük – Kovidin gətirdiyi “sürprizlər”

  • 2021.10.06 17:06
  • 1955 Baxış
Daimi yorğunluq, panik atak, həyatdan küskünlük  – Kovidin gətirdiyi “sürprizlər”

Kovidi orta və ağır keçirənlərdə bir müddət asteniya halları müşahidə edilir. Bunlar keçmək bilməyən yorğunluq, həyata qarşı laqeydlik, əzginlik, depressiya, koqnitiv funksiyaların pisləşməsi: görmə, diqqət, yaddaş zəifləməsi, işləməyə həvəsin olmaması.


Medicina.az xəbər verir ki, koviddən sonra davranışlarının dəyişdiyini görən hər kəs mütləq nevroloq və psixiatr müayinəsindən keçməlidir.


Həkim müalicə üçün nootrop dərmanlar və antidepressantlar təyin edəcək.
Psixiatrlar kovid keçirmiş şəxsrlərin panik atak səbəbindən çox müraciət etdiyini açıqlayıb.

İnsanlarda yenidən xəstələnmək, ölüm qorxusu, təşviş pozuntuları müşahidə edilir.

Heç panik atak olmayan insanlarda da kovid bu halı ilk dəfə yarada bilər. Əvvəllər panik atak keçirib, sağalmış xəstələrdə isə təzədən geri qayıda bilər.

Bu an xəstəni ölüm qorxusu bürüyür, bədəninə soyuq və ya istilik gəlir, tərləyir, bədəni əsir, başı hərlənir, ürək döyüntüsü artır, sanki havası çatmır, çırpınır.

Bəzi insanlara elə gələ bilər ki, koviddən sonra beyni zədələnib, başına hava gəlir, ağlı pozulub. Dəli olmaq qorxusu yaranır. Amma bilmək lazımdır ki, həqiqətən dəli olan şəxslərin ağlına bu gəlmir və onlar bunu hiss etmir. Bu ağla gələn sadəcə fikirdir. Bu fikrə düşənlər ağlını itirmir.



Bunun üçün dərman və psixoterapevtik müalicə metodları var.
Xəstələr evdə kimdənsə yardım gözləmədən və ya özünə qapılmadan, dərhal psixiatra müraciət etsinlər.