Deputat təcili xəstəxanaya yerləşdirildi - Xərçəng olub

  • 2017.12.07 14:33
  • 16193 Baxış
Deputat təcili xəstəxanaya yerləşdirildi -  Xərçəng olub

53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramovun səhətində ciddi problemlər yaranıb.


Medicina.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramova deyib. Bildirib ki, atasının səhhətində problem 3 gün əvvəl yaranıb: "Onu xəstəxanalardan birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxada cərrahi əməliyyata götürülüb. Əməliyyatı bitdi və reanimasiyaya yerləşdirildi. Həkimlər nədənsə mənə şad xəbər vermədilər. Yevda müəllimin köməkçisi hazırda onun yanına reanimasiyaya qalxıb və mənə isə icazə vermədilər".  

 
Deputat təcili xəstəxanaya yerləşdirildi -  Xərçəng olub