Dərmanlar vücudda sensor vasitəsilə idarə ediləcək - Dünyanı heyrətləndirən icad

  • 16 Noy 2017 15:52
  • 12639 Baxış
Dərmanlar vücudda sensor vasitəsilə idarə ediləcək -  Dünyanı heyrətləndirən icad
Artıq içilən dərmanlar vücudda sensor vasitəsilə izlənilə biləcək.


Medicina.az xəbər verir ki, Amerika Dərman və Qida idarəsi insan orqanizmində digital vasitəsilə idarə ediləcək dərmanların istehsalına razılıq verib. 

Qurumun verdiyi açıqlamada bildirilir ki, şizofreniyadan və unutqanlıq kimi psixoloji xəstəliklərdən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək. Sensorlu dərmanlar eyni zamanda xəstə tərəfindən rahat həzm oluna biləcək.

 

İdarənin Psixiatriya Bölməsinin rəhbəri Mitchell Mathis, bunun sayəsində xəstələrin dərmanları içib-içmədiyini yoxlaya biləcəklərini bildirib: "Həblər xəstə tərəfindən udulduqdan sonra mədə mayesi ilə təmasa keçdiyi zaman içindəki sensor sayəsində bədənə yapışdırılacaq lentə siqnal gedəcək. Daha sonra isə dərmanın həzm olunması haqqında məlumat lentdən xəstənin mobil telefonuna bildiriləcək”.